Heqiqet.Az » idman » Şəkidə gimnastika növləri üzrə birləşmiş yarışlar keçiriləcək


Şəkidə gimnastika növləri üzrə birləşmiş yarışlar keçiriləcək

2-11-2022, 06:23
Çap et
Şəkidə gimnastika növləri üzrə birləşmiş yarışlar keçiriləcək Dekbarın 8-11-də Şəki şəhərində gimnastika növləri üzrə birləşmiş yarışlar keçiriləcək.
Bu barədə çərşənbə axşamı Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.
Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunacaq.
Birləşmiş yarışlarına proqramına kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyi, batut gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı, akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi daxildir.
Reytinq: