Gəncədə ər arvadını öldürməyə cəhd etdi11-11-2022, 06:19
Çap et Gəncə Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində baş verib. 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
