» » AzMİU-da TEKNOFEST-lə bağlı infosesiya keçirilib


AzMİU-da TEKNOFEST-lə bağlı infosesiya keçirilib

11-11-2022, 09:25
Çap et
AzMİU-da TEKNOFEST-lə bağlı infosesiya keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Bilim Bakı”nın rəhbəri Yusuf Polad tərəfindən Aviasiya, Kosmos və Texnologiya Festivalı – TEKNOFEST-lə bağlı infosesiya keçirilib.
AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova çıxış edərək universitetdə startap ekosisteminin formalaşdırılması, tələbələrin innovativ ideya və layihələrinin dəstəklənməsi ilə görülən işlərdən danışıb. AzMİU-nun yerli və beynəlxalq startap yaraşılarında, eləcə də bu qəbildən olan festifallarda uğurla təmsil olunduğunu vurğulayan prorektor qeyd edib ki, tələbələr TEKNOFEST-ə böyük maraqla yanaşırlar.
Çıxışına 2022-ci ilin may ayında Bakıda keçirilən möhtəşəm TEKNOFEST-i xatırlatmaqla başlayan Yusuf Polad builki festivalla bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, dünyanın ən böyük texnologiya yarışına müraciətlər artıq başlayıb. 13 milyon TL-dən çox mükafatın və 30 milyon TL-dən çox maddi dəstəyin veriləcəyi TEKNOFEST 2023 texnologiya yarışına qeydiyyat 20 noyabr 2022-ci il tarixində bitəcək.
41 alt kateqoriyada 102 əsas yarışın təşkil ediləcəyi festifal İstanbulun Atatürk Hava Limanında keçiriləcək. İştirakçılar layihələrini tematik çadırlarda təqdim edəcəklər.
Festifalda iştirak etmək istəyənlər teknofest.org saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Reytinq: