Hicran Hüseynovadan Sumqayıtla bağlı təklif18-11-2022, 06:35
Çap et Komitə sədri çıxışı zamanı bir sıra təkliflər də səsləndirib: "İnertnat evlərindən məzun olan uşaqların ev, iş və təhsillə bağlı məsələyə diqqəti çəkmək istərdim. Bildiyimiz kimi, ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Məzun evi” tikilib və onların istifadəsinə verilib. Eyni zamanda analoji olaraq digər müsbət təcrübələr də var. Məsələn qardaş Türkiyədə uşaq evində böyüyən uşağın təhsil aldığı müəssisə dövlət tərəfindən müəyyən güzəştlər əldə edir. Və ya özəl sektorda belə uşaqları işlə təmin edən şirkətlər vergidən azad edilir Belə nümunələr çoxdur. Biz bu uşaqların öz həyatlarını və sağlam gələcəyini qurmaq üçün müxtəlif proqramlar həyata keçirə bilərik. Yaxşı olardı ki aidiyyəti olan dövlət qurumları bu problemlərlə bağlı proqramlar hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin və bu proqramların həyata keçirilməsi büdcədə öz əksinin tapsın Xahiş edirəm ki, bu məsələni imkan daxilində büdcədə nəzərə alasınız". H.Hüseynova onu da qeyd edib ki, təmsil etdiyi 41 saylı Sumqayıt birinci seçki dairəsinin bəzi sosial məsələlərini diqqətə çatdırıb: "Sumqayıt şəhərinin Corat qəsəbəsində kanalizasiya xətlərinin çəkilməsi, ümumiyyətlə, orada belə bir xətt mövcud deyil. Şəhərin bir çox hissələrində insanların istiliklə təminatında problemlər mövcuddur. Qeyd etmək lazımdır ki, bu ərazilərdə həm şəhid ailələri, qazi və onların ailələri, aztəminatlı və digər həssas təbəqədən olan əhali yaşayır. Bu həm də onların probleminin həll olunması deməkdir. bu baxımdan Sumqayıtda olan bu kimi problemlərin həlli üçün müvafiq qayda büdcədə nəzərdə tutmağınızı xahiş edirəm". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
