» » Ölkəmizdə uşaqlarla bağlı sosial ödənişlər hansı istiqamətləri əhatə edir?


Ölkəmizdə uşaqlarla bağlı sosial ödənişlər hansı istiqamətləri əhatə edir?

23-11-2022, 09:51
Çap et
Ölkəmizdə uşaqlarla bağlı sosial ödənişlər  hansı istiqamətləri əhatə edir? Uşaqlarla bağlı sosial ödənişlər 611 min şəxsi əhatə edir və bu ödənişlər
üçün illik 650 milyon manat xərclənir
Sosial təminat sistemi əhatə etdiyi əhali qruplarından biri də qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlardır.
Hazırda:
• 18 yaşadək əlilliyi olan şəxslər- 50 min uşaq,
• Ailə başçısını itirmiş uşaqlar - 166 min uşaq,
• Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar - 160 min uşaq,
• İşləyən valideynlər - 3 yaşadək uşaqlara qulluğa görə - 35 min uşaq,
• Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 120 min uşaq,
• Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. - 30 min uşaq
• 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları - 50 min şəxs
üzrə sosial ödənişlər həyata keçirilir.
Ümumilikdə il ərzində ölkəmizdə uşaqlarla bağlı sosial ödənişlər 611 min şəxsi əhatə edir. Bu ödənişlər üçün illik 650 milyon manat vəsait xərclənir.
Aparılan siyasətin əsas məqsədi sosial müdafiə sistemində ünvanlılığın təmin edilməsi, sosial ödənişlərin bu təminata ehtiyac duyan həssas qruplara yönəldilməsidir.
Reytinq: