Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında əməkdaşlığı gücləndirəcək”24-11-2022, 10:36
Çap et Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, hazırda Avropa ölkələri ilə Azərbaycanın əlaqələri bütün sahələri əhatə etməklə genişlənir: “Burada enerji siyasətinin üstünlüyünü xüsusilə qeyd etmək istərdim. Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanın enerji strategiyası onun layiqli davamçısı cənab İlham Əliyevin bu sahədə gördüyü işlər, reallaşdırdığı layihələr sayəsində Avropanın üzləşdiyi böhran fonunda xilaskar rolunu oynayır. Bu da etibarlı tərəfdaş olan ölkəmizin dostlarının sayını artırmaqdadır. Mən Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərini qeyd etmək istərdim. Dövlətimizin başçısının burada yüksək səviyyədə qarşılanması, ona göstərilən ali münasibət cənab İlham Əliyevin şəxsi nüfuzunun və onun dünya siyasətinə verdiyi mühüm töhfələrin göstəricisidir. Bu ölkə ilə Azərbaycanın münasibətlərinin səviyyəsi hər zaman yüksək olub, siyasi dialoq, qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə xidmət edib. Həmçin münasibətlərimizdə hüquqi baza rolunu oynayan müxtəlif sənədlər mövcuddur. Hər iki dövlət biri-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək verirlər”. S.Möhbalıyev əmin olduğunu bildirib ki, dövlətimizin başçısının Serbiyaya səfəri, imzalanan sənədlər, aparılan danışıqlar əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
