Heqiqet.Az » sosial » Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - YENİ TƏYİNAT


Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - YENİ TƏYİNAT

24-11-2022, 10:41
Çap et
Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - YENİ TƏYİNAT "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.
Manset.az-a istinadən bildiririk ki, R.Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.
Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.
Reytinq: