Heqiqet.Az » medeniyyet » Azərbaycanlı heykəltəraş Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb


Azərbaycanlı heykəltəraş Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb

22-09-2015, 12:49
Çap et
Azərbaycanlı heykəltəraş Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb Azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülüb. Bu barədə Roma Rəssamlıq Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Alfio Monjelli sərəncam imzalayıb.
Diaspor Jurnalistləri Birliyindən Trend-ə verilən məlumata görə, Sərəncamda deyilir ki, İtaliya-Azərbaycan incəsənət və mədəniyyətinə verdiyi töhfələrə görə, Zeynalabdin İsgəndərov Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülsün.
Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monjelli Zeynalabdin İsgəndərova yaradıcılığında uğurlar diləyib.
Z.İsgəndərov isə ona göstərilən yüksək diqqətə görə, cənab Alfio Monjelliyə dərin təşəkkürünü bildirib.
Reytinq: