Avstriyada Olimpiya təlim düşərgəsində 37 cüdoçumuz iştirak edir9-01-2023, 20:35
Çap et Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, 1993-cü ildən bəri keçirilən təlim-məşq toplanışına dünyanın 45 ölkəsindən 700-dən çox idmançı qatılıb. Onların arasında reytinq cədvəlinə düşən ilk 7 idmançı, 14 Olimpiya çempionu, 5 dünya çempionu və digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var. “Yeni təqvim ilinin başlanğıcıdır və bu təlim-məşq ilin ilk rəsmi toplanışı olduğu üçün buraya çoxlu sayda reytinqli idmançı qatılıb. İdmançılarımızın Miteşil Olimpiya idman düşərgəsində iştirakları Portuqaliyada keçiriləcək Qran-Pri və Paris Böyük Dəbilqə turnirlərinə hazırlıq məqsədi daşıyır. Həmçinin bu təlim yeni strategiyalar və texnikalar üzərində işləmək üçün müsbət şərait yaradacaq”, - deyə böyüklərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman vurğulayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
