Demo Sayt » hadise » Keçmiş məhkumların narkotik alveri "sevdası" bitmir


Keçmiş məhkumların narkotik alveri "sevdası" bitmir

23-09-2015, 11:24
Çap et
Keçmiş məhkumların narkotik alveri "sevdası" bitmir Bakıda keçmiş məhkumdan narkotik vasitə götürülüb.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Sabunçu RPİ NMB və CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Kürdaxanı qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Ramiz Qədiməliyevdən 3,070 qram, yaşadığı evdən isə 1 kiloqram 200 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: