Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb19-02-2023, 19:58
Çap et Bu barədə Baş Prokurorluqdan məlumat verilib. İbtidai istintaqla 1990-cı il təvəllüdlü Mustafa Eyubovun aralarında yaranmış mübahisə zamanı Ruslan Bayramovun baş nahiyəsinə tüfəngdən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Mustafa Eyubova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
