Heqiqet.Az » iqtisadiyyat » Azərbaycanda dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayı xeyli artıb


Azərbaycanda dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sayı xeyli artıb

28-02-2023, 19:58
Çap et
Azərbaycanda 2023-cü ilin yanvar ayında dəmir yolu nəqliyyatı ilə 478,5 min sərnişin daşın daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar ayı ilə müqayisədə sərnişin daşınmasında 55,4 faiz artım müşahidə olunub.
Ümumilikdə 2023-cü ilin yanvar ayında nəqliyyatçılar 138,3 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,0 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bununla yanaşı dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar ayında 1,5 milyon ton yük daşınıb, 2022-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 19,8 faiz artım qeydə alınıb.
Reytinq: