Demo Sayt » maraqli » Dünyanın neçə ölkəsində internetin nə olduğunu bilmirlər? - ŞOK


Dünyanın neçə ölkəsində internetin nə olduğunu bilmirlər? - ŞOK

23-09-2015, 12:37
Çap et
Dünyanın neçə ölkəsində internetin nə olduğunu bilmirlər? - ŞOK Dünyada qlobal şəbəkənin istifadəçilərinin artım sayı azalır. Bu barədə Birləşmiş Millətlər Təşkilatının son hesabatında deyilir.
Qeyd olunur ki, planetin sakinlərinin yarıdan çoxu hələ də internetə qoşulma imkanlarına malik deyil. Bu ilin sonuna internetə mütəmadi qoşulmaq imkanı olan insanların ümumi sayı 3,2 milyard nəfərdir.
Təbii ki, internetə daxil olma səviyyəsi regiondan çox asılıdır. Varlı dövlətlərdə bolluq müşahidə olunur və burada əhalinin 90 faizi internetə qoşulma ilə əhatə olunur. Dünyanın 48 ölkəsində isə bu göstərici sıfıra bərabərdir.
Son zamanlara qədər internetə qoşulmanın artım həddi faiz göstəricisində ikirəqəmli olurdu. Ancaq ötən il bu artım 8,6 faizə bərabər olub. Bu il də bu artım göstəricisinin 8,1 faiz olacağı gözlənilir. Bunu nəzərə alaraq, 2010-cu ildə yaradılan İTU və UNESCO güman edir ki, 2020-ci ilə qədər internetə qoşulmaq imkanları olan insanların sayı 4 milyardı keçməyəcək.
İddia edilir ki, internetin gələcəkdə daha da genişləndirilməsi üçün kənd və ucqar yerlərdə lazımi infrastrukturun yaradılmasının olduqca baha olması və baha başa gəlməsi maneə yaradacaq.
Qeyd edək ki, bu ilin sonuna internetə mütəmadi qoşulma imkanı olanların sayı 3,2 milyard nəfər olacaq ki, bu da bütün dünya əhalisinin 43,4 faizini təşkil edir.
Reytinq: