Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsinə nəzarət edilir - Sahib Məmmədov15-03-2023, 11:08
Çap et Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda konfransda deyib. O qeyd edib ki, Azərbaycanda iqtisadi inkişaf, institusional islahatlar və digər tədbirlər istehlakçı hüquqlarının müdafiəsinə də öz töhfəsini verib. “Dövlət qurumları tərəfindən istehlakçılara göstərilən xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. İsltehlakçı hüquqlarının müdafiəsi çərçivəsində çox geniş tədbirlər həyata keçirilir”, - deyə nazir müavini bildirib. O qeyd edib ki, ƏDV geri al mexanizmi də istehlakçı hüquqlarının qorunması istiqamətində əsas vasitələrdən biridir. “2020-ci ildən ƏDV-nin bir hissəsinin qaytarılması istehlakçı hüquqlarının qorunmasına əhəmiyyətli təsir göstərib. Bilirsiniz ki, malların geri qaytarılması və ya dəyişdirilməsi zamanı istehlakçılar bəzən qəbzləri itirirdi, problemlərlə üzləşirdi, ancaq indi qəbzlərin bank tətbiqlərinə yüklənməsi istehlakçının əlində bir sübut olur”, - deyə nazir müavini qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
