Velosipedçimiz Rio-2016 yolunda uğurlu addım atıb28-09-2015, 17:20
Çap et Azərbaycanın şose velosipedi üzrə elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb.Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, idmançımız Fransada keçirilən birgünlük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb. Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, "Synergy Baku"nu "Duo Normand" yarışında Azərbaycan çempionu M.Averinlə Yunanıstan çempionu Yannis Tamuridis təmsil edib. 16 komandanın iştirak etdiyi yarışda velosipedçilərimiz 54 km məsafəni 1 saat, 9 dəqiqə, 37 saniyəyə qət etməklə yekun sıralanmada 5-ci yeri tutublar. Bu isə təmsilçilərimizə aktivlərinə 10 reytinq xalı əlavə etməyə imkan verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycanın şose velosipedi üzrə elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb.