Siyəzəndə oğurluq edən şəxsin evindən silah aşkarlanıb14-04-2023, 12:15
Çap et Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakini Nəcəf Mütəlimov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs zərərçəkmişə məxsus mağazaya pəncərəni sındırma yolu ilə daxil olaraq oradan 50 manat pul və 713 manat dəyərində müxtəlif növ siqaretlər oğurlayıb. Həmçinin N.Mütəlimovun evinə baxış keçirilən zaman oradan 1 ədəd "Naqan" markalı tapança və ona məxsus patronlar aşkar edilib. Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Nəcəf Mütəlimovun barəsində həbs qətimkan tədbiri seçilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
