İrandan Azərbaycana 15 milyon manatlıq narkotikin gətirilməsinin qarşısı alındı11-05-2023, 11:16
Çap et Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilib. Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılması əməliyyatının görüntülərini təqdim edirik. Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 1 ay ərazində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd ekstazi və metadon həbi çıxarılıb. Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən “kanallar”a ciddi zərbə endirilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
