"Şahdəniz" və "Abşeron" 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatının artımının təkanverici qüvvələri olacaq - OPEC12-05-2023, 10:36
Çap et Bu barədə OPEC-in hesabatında deyilir. Hesabatda qeyd olunur ki, mart ayında Azərbaycanda maye karbohidrogen hasilatı gündəlik 14 000 barel azalaraq orta hesabla gündəlik 0,7 milyon barel olub ki, bu da ötən illə müqayisədə gündəlik 62 000 barel azdır. "Rəsmi mənbələrə əsasən, xam neft hasilatı orta hesabla sutkada 515 000 barel olub. Qiymətləndirmələrə əsasən, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı ötən illə müqayisədə gündəlik 40 000 barel azalaraq orta hesabla gündəlik 0,7 milyon barel olub. 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatının gündəlik 37 000 barel artaraq orta hesabla gündəlik 0,7 milyon barel olacağı gözlənilir", - OPEC-in hesabatında deyilir. Beləliklə, 2023-cü ilin birinci rübündə iri neft yataqlarında hasilat gözlənildiyindən daha az olduğundan, kartel ölkədə maye karbohidrogen hasilatı üzrə proqnozları aşağı salıb. "Köhnə yataqlarda əsas azalmanın digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya olunacağı gözlənilir. Artımın əsasən "Şahdəniz" və "Abşeron" yataqları hesabına baş verəcəyi proqnozlaşdırılır. "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda 2010-cu ildən etibarən davamlı azalma müşahidə olunur. Lakin 2023-cü ilin 4-cü rübündə "Mərkəzi-Şərqi-Azəri" (ACE) platformasının işə salınmasından sonra hasilatın artacağı gözlənilir", - hesabatda deyilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
