İrandan 50 kiloqram narkotik gətirən daha bir nəfər saxlanılıb31-05-2023, 12:57
Çap et İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli mqidarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdşaları tərəfindən növbəti dəfə uğurla alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram pixotrop naddə metamfetamin aşkar edilərək götürülüb. Namiq Məmmədov narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Hadı” adı tanışının vasitəsilə Qaradağ rayonunda gizlədilən yerdən paytaxt ərazisində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
13:57
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib17:57
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar09:06
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar12:38
Prezident İlham Əliyev: Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün yeni məzmunla zənginləşirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|