Biləsuvardakı qətllə bağlı cinayət işi başlanılıb19-06-2023, 11:14
Çap et Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində Bayram Orucova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Fəxrəddin Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
