Putin ordudan ölkə xaricində istifadə etmək üçün icazə istədi30-09-2015, 20:55
Çap et Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.Bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib. O deyib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. S. İvanov söhbətin milli maraqlardan getdiyini söyləyib. *** Rusiya prezidentiVladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib. Bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenkobildirib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər. Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış edəcəklər. V. Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb. Qeyd edək ki, məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudiyyəti barədə xəbərlərin artdığı dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər. Xatırladaq ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.