Bayram günlərində 482 yanğın hadisəsi baş verib3-07-2023, 15:37
Çap et Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən qeyri-iş günləri ərzində ümumilikdə 482 yanğına çıxış, 57 köməksiz vəziyyətdə qalma faktı və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 80 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb, yanğın zamanı 5-i azyaşlı olmaqla 16 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 7 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
