Siyasi şərhçi Əliismət Bədəlovun Fransadakı dövlət böhranı ilə bağlı yazısı Turkiyə mətbuatında16-07-2023, 14:36
Çap et “Xalq qəzeti”nin əməkdaşı, siyasi şərhçi Əliqismət Bədəlovun “Fransadakı böhran Makron hakimiyyətinin sonunu yaxınlaşdırır” siyasi şərhi türkiyə Respublikasının aparıcı “Son saat” qəzetində dərc olunub.Mövzunun aktuallığını diqqətdən qaçırmayan qəzetin rəhbərliyi məqalə barəsində məlumatı birinci səhifədə yerləşdirib. Məqalədə son vaxtlar Fransada baş verən iğtişaşlar, ölüm hallarının artması və irqi-ayrı seçkiliyin geniş vüsət alması, ölkədə baş verən dövlət böhranının Emmanuel Makron hakimiyyətinin sonunu yaxınlaşdırmasından bəhs olunur. Bir tərəfdən Makronun məsuliyyətsiz bəyanatları, mətbuata verdiyi müsahibələr, xalqın istəyinə zidd qərarları, digər tərəfdən isə siyasi riyakarlığı Fransa vətəndaşlarını təngə gətirib. Bütün bunlar Fransada etiraz dalğasını getdikcə alovlandırır, polislə yerli əhali arasında qarşıdurmanı daha da gücləndirir. Ə.Bədəlov qeyd edib ki, Makron demokratiya və söz azadlığından danışsa da, əslində, ölkəsində insanarın yaşamaq hüquqlarını qoruya bilmir. Son vaxtlar Fransada baş verənlər ölkədə söz və mətbuat azadlığına qarşı zorakılığın açıq nümayişidir. P.S. Həmkarımızı qardaş ölkənin ünlü qəzet və saytında günün aktual mövzusu olan yazısının yer alması münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Xalq qəzeti”nin əməkdaşı, siyasi şərhçi Əliqismət Bədəlovun “Fransadakı böhran Makron hakimiyyətinin sonunu yaxınlaşdırır” siyasi şərhi türkiyə Respublikasının aparıcı “Son saat” qəzetində dərc olunub.