Heqiqet.Az » idman » Dünya şöhrətli qolfçu Azərbaycana gəlir


Dünya şöhrətli qolfçu Azərbaycana gəlir

1-10-2015, 19:36
Çap et
Dünya şöhrətli qolfçu Azərbaycana gəlir “Dreamland Country & Life”nın tərkibinə daxil olan “Dreamland Golf Club”un dəvəti ilə oktyabrın 3-4-də Azərbaycana gələcək Kolin Montgomeri son iyirmi ildə Avropanın qolf üzrə lideri olaraq tanınır.
Avropa Turniri və Böyüklər arasında keçirilən turnirdə üç il ardıcıl şəkildə qalibiyyət əldə edən ilk qolfçu olaraq adını tarixə yazıb. K. Montqomeri 8 dəfə “Ryder Cup” turniri də daxil olmaqla dəfələrlə çoxsaylı turnirlərin qalibi olub, hazırda Böyük Britaniyada ən tanınmış və sevilən idmançılardan biridir. Uzun illərdir qolf aləmində yaxşı tanınan Merit Siyahısına liderlik edir.
“Dreamland Qolf Klubu” 65 hektarlıq ərazini əhatə edir. 18 dəlikdən ibarət olan misilsiz mənzərəli qolf sahəsi beynəlxalq turnirlərə ev sahibliyi edə biləcək imkanlara malikdir. Qolf klubun tərkibinə həm də iki mərtəbəli, 40 nəfərin eyni zamanda təlim keçə biləcəyi Qolf Akademiyası da daxildir.
Azərbaycanda qolfun inkişafına böyük dəstək verməyi məqsəd olaraq seçən “Dreamland Qolf Klubu” artıq qadınlar və uşaqlara təlimlər keçməklə bu möhtəşəm idmanın ölkəmizdə təbliğinə başlayıb. Bu möhtəşəm açılış mərasiminin Azərbaycanın bölgədəki nüfuzuna və turizmin inkişafına töhfə verəcəyi də gözlənilir.
Azərbaycana gəlişindən əvvəl K. Montgomeri artıq mesajını belə verib: “Artıq dünya səviyyəli qolf təsisi kimi tanınmağa başlayan “Dreamland Qolf Klub”un açılışının bir parçası olmaq mənə zövq verir. Azərbaycandakı gənc qolfçularla görüşü səbirsizliklə gözləyirəm. İnanıram ki, buradakə ilk qolf dərslərimiz Azərbaycanda qolfun gələcəyinə müsbət təsir göstərəcəkdir”.
K. Montgomeri ilə birlikdə Azərbaycana dünya üzrə çox tanınmış şəxslər də gələcəklər, bunların arasında tanınmış qolf sahəsi memarı Sintiya Day (Cyntia Dye), dünyanın ən nüfuzlu qolf idarəetmə şirkəti İMG üzvləri də vardır.
Qeyd edək ki, “Dreamland Country & Life” Abşeron yarımadası, Zığ şosesinin 22-ci kilometrində 330 hektarlıq geniş ərazini əhatə edir. Şəhər üslublu həyat tərzinin üstünlükləri və şəhərdən kənar həyatın xüsusiyyətlərini birləşdirən layihəyə yaşayış sahəsi, 18 dəlikli qolf meydançası, qolf akademiyası, qolf təlim sahəsi, “Sabis Sun” Beynəlxalq Məktəb, ticarət mərkəzləri, otel, spa və sağlamlıq mərkəzləri, kafe və restoranlar daxildir. Dreamland ərazisinin xeyli hissəsi ekzotik flora ilə örtülmüş, toplam 12 min kvadrat metrlik ərazidə isə göllər mövcuddur. Layihənin ilk mərhələsi üzrə tikinti işləri başa çatmaq üzrədir.
Reytinq: