Salyanda saxlanılan şəxsdən 1 kq-a yaxın marixuana götürüldü1-08-2023, 10:46
Çap et DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Seyidsadıqlı kənd sakini Vaqif Səmədov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 46 ədəd çətənə kolu, eləcə də təmiz çəkisi 910 qram marixuana aşkar olunaraq götürülüb. RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən beş fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları, eləcə də ərzaq məmulatları və ev quşu oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Babakişi Babayev saxlanılıb. Dindirilmə zamanı B.Babayev törətdiyi oğurluq faktlarını etiraf edərək, ələ keçirdiyi əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib. Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
