Heqiqet.Az » hadise » Bərdədə marketdə yanğın olub


Bərdədə marketdə yanğın olub

1-09-2023, 09:17
Çap et
Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli tikilinin (market kimi fəaliyyət göstərir) içərisində 1 ədəd vitrin soyuducu yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 1 m² sahədə əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Reytinq: