Heqiqet.Az » iqtisadiyyat » Macarıstan Aİ-ni Azərbaycandan qaz tədarükünün genişləndirilməsini dəstəkləməyə çağırdı


Macarıstan Aİ-ni Azərbaycandan qaz tədarükünün genişləndirilməsini dəstəkləməyə çağırdı

5-09-2023, 16:29
Çap et
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqını (Aİ) Azərbaycandan qaz tədarüklərinin artırılmasını dəstəkləməyə çağırıb.
Bu barədə Macarıstanın ictimai diplomatiya və ictimaiyyətlər əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Xarici işlər naziri Siyarto bildirib ki, Brüssel enerji infrastrukturunun genişləndirilməsini maliyyələşdirməkdən imtina ilə əlaqədar olaraq Macarıstanda təbii qaz mənbələrinə təsir göstərmək hüququnu itirib.
O, enerji mənbələrinin diversifikasiyasının əhəmiyyətini və Azərbaycandan qaz tədarüklərinin başlanmasının vacibliyini vurğulayıb. Nazir Cənub-şərqi Avropanın infrastruktur potensialının kifayət qədər olmadığını qeyd edib və Avropa İttifaqını tədarüklərin genişləndirilməsini dəstəkləməyə çağırıb", -məlumatda deyilir.
Kovaç qeyd edib ki, xarici işlər naziri Siyarto Macarıstanla Azərbaycan arasında iqtisadi əlaqələrin vacibliyini müzakirə edib.
Xatırladaq ki, Macarıstanın təbii qazın ən böyük topdan satıcısı olan "MVM CEEnergy" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 100 milyon kubmetr qaz satışı üzrə müqavilə imzalayıblar. Qazın tədarükü 2023-cü ilin dördüncü rübündə başlayacaq. SOCAR artıq ilk 50 milyon kubmetrin Macarıstandakı anbara vurulmasına başlayıb.
Reytinq: