Şekspirin “Qlobus” Teatrı “Hamlet”i Londondan Bakıya gətirir2-10-2015, 15:19
Çap et Nazirlikdən verilən məlumata görə, Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus" teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxıb. Bu, teatr sərgüzəşti “Hamlet” tamaşasını iki il müddətində dünyanın bir çox ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir. Şekspir "Qlobus" teatrının bədii rəhbəri və Hamlet tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet” layihəsi “Hamlet” tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunmaq məqsədi ilə yaradılıb. Turnenin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq hər kəsi əyləndirə və hər kəslə danışa bilər, heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hazırda tamamlanıb və “Hamlet” tamaşası Amerika, Avropa və Afrika daxil olmaqla, artıq 100-dən çox ölkədə yüz mindən artıq tamaşaçı kütləsi üçün nümayiş olunub. Tamaşa ingilis dilində və azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə numayiş olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
