Azərbaycanda Ümumdünya Standartlaşdırma Günü qeyd olunub11-10-2023, 12:03
Çap et ![]() İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Almaniyanın Fiziki-Texniki Federal İnstitutu (PTB) ilə birgə “14 Oktyabr - Ümumdünya Standartlaşdırma Günü”nə həsr olunmuş tədbir keçirib. Tədbirdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyi, dövlət qurumları və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, uyğunluğu qiymətləndirən qurumlar və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edib. Tədbirin məqsədi insan sağlamlığının qorunmasında təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolunun vurğulanmasıdır. Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən standartların önəmindən, bu sahədə aparılan islahatlardan söz açıb. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər, yeni standartların tətbiqi ilə optimallaşdırılan proseslər və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi Zübeyde Oyan İnstitutlar arasında əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, keyfiyyət infrastrukturunun inkişafında və tənzimlənməsində standartlaşdırma sahəsi mühüm əhəmiyyətə malikdir. Tədbirdə həmçinin “Qiymətli metallar və qiymətli daşlar”, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartları üzrə texniki komitələrin fəaliyyətinin təşkili, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsalın effektivliyinin artırılması və istehlakçı məmnuniyyətinin təmin olunmasında standartların rolu, milli və beynəlxalq standartlarda qabaqcıl metodların, rəqəmsal həllərin tətbiqi mövzuları üzrə panel müzakirələri təşkil edilib. Qeyd: 14 Oktyabr - Ümumdünya Standartlar Gününün qeyd olunması 1970-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) prezidenti Faruk Sunterin təklifi ilə standartlaşdırmanın dünya iqtisadiyyatındakı rolunun vacibliyini vurğulamaq məqsədilə qərara alınıb. Hazırda ölkənin milli standartlaşdırma qurumu kimi fəaliyyət göstərən AZSTAND 2017-ci ilin dekabrından İSO-nun tam hüquqlu üzvüdür. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|