Heqiqet.Az » medeniyyet » Milli Azərbaycan Tarixi Muzeyində 18 oktyabr müstəqilliyn bərpası gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib


Milli Azərbaycan Tarixi Muzeyində 18 oktyabr müstəqilliyn bərpası gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

17-10-2023, 14:25
Çap et
Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev İli” çərçivəsində 18 oktyabr müstəqilliyin bərpası gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı intellektual viktorina keçirilib. İntellektual bilik yarışmasında İdrak liseyinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir Azərbaycan milli himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq tədbirin əhəmiyyətindən danışdı və Müstəqilliyimizin bərpası günü haqqında məlumat verdi.
Sonra muzeyin əməkdaşı Aynur Babayeva foto-slayd nümayişi ilə “Müstəqillik xalqımızın ən böyük sərvətidir” adlı məruzə ilə çıxış edib. O öz çıxışında qeyd etmişdir ki, 1991-ci il 18 oktyabr Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" AR Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Daha sonra uşaqlar arasında Müstəqilliyin bərpası gününə həsr olunmuş intellektual viktorina – bilik yarışması keçirilib. Üç komandada yarışan iştirakçılardan suallara ən tez və düzgün cavab verən “Qarabağ” komandası qalib seçilmişdir. Sonra Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sual-cavab əsasında anket-sorğu keçirilmişdir. Iştirakçıların hər birinə muzeyin kataloq, nəşrləri hədiyyə olunmuşdur.
Sonda uşaqlara H.Z.Tağıyev muzeyinə ekskursiya keçirilib və xatirə foto şəkili çəkilib.

Reytinq: