» » Muzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilib


Muzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilib

16-06-2022, 14:31
Çap et
Muzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibAMEA Milli Azərbaycan Tarix Muzeyində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan rəssam uşaqların iştirakı ilə muzeyin "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilib.
Sərgi-tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin, “Ümid var” Könüllülər Təşkilatının, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Muzey fəaliyyətə başladığı gündən indiyə kimi Azərbaycanın maddi, mədəni irsinin öyrənilməsi və qorunması, eləcə də təbliği və təşviqi işinə böyük önəm verib. "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsinin məqsədi muzey eksponatlarını təbliğ etmək, məktəblilərə tarixə dair yeni biliklər vermək, hobbilərinə, gələcək peşə seçimlərinə yardım etmək və yenilik qatmaqdır.
Layihənin rəhbəri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır.
Layihənin budəfəki sayının keçirilməsində məqsəd əlilliyi olan uşaqların öz istedad və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onların sosiallaşmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək olmaqla inklüzivləşməyə tövhə verməkdən ibarətdir. Layihə həm də əlilliyi olan uşaqların Azərbaycan tarixi ilə bağlı maariflənməsi yönündə mühüm xarakter daşıyır. “Ümid var” Könüllülər Təşkilatının dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların tarixi eksponatlar haqqında məlumatları dərindən öyrənərək onları kətan üzərinə köçürmələri əslində cəmiyyətə önəmli mesajlar vermiş olacaqdır. Layihədə ümumilikdə 35 əlilliyi olan uşaq iştirak edib.
Sərgidə daun sindromlu, serebral iflic, autizm, eşitmə məhdudiyyətli və digər diaqnozlu 16 əlilliyi olan rəssamın əsəri nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edib. Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əhmədova, Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Seyran Səxavət, “Ümid var” Könüllülər Təşkilatının rəhbəri Nazilə Məhərrəmova çıxış edib və layihədə iştirak edən gənc rəssamlar sertifikat və hədiyyələrlə təltif olunub.
Yüksək səviyyədə təşkil olunmuş tədbirdə əməkdar artist Fərqanə Qasımovanın dəstəyi ilə “Bayatı Şiraz” muğamını ifa edən autizm sindromlu Ramiz Ağayevin çıxışı, bəstəkar-pianoçu Tural Məmmədlinin müşayiəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xarıbülbül” şerinin Nigar Babayeva tərəfindən səsləndirilərək eşitmə əlilliyi olan Şəhla Nağıyevanın jest dilində təqdimatı, o cümlədən əlilliyi olan uşaqların inklüziv olaraq “Günay Muradi” Müasir Rəqs Akademiyasının tipik uşaqları ilə müxtəlif kompozisiyalar nümayiş etdirməsi layihənin mühüm əhəmiyyətə malik olmasından xəbər verib.
Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim olunub.
Muzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilibMuzeydə "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərgi-tədbir keçirilib
Reytinq: