Ölkəmizin tarixində yeni səhifə başlanır8-11-2023, 16:56
Çap et Bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin təməli qoyulur, yeni yaşayış məntəqələri ilk sakinlərini qəbul edir. İnfrastruktur yaradılır, sənaye müəssisələri, digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəldilir. Yollar, körpülər, tunellər çəkilir. Artıq həmin bölgədə iki beynəlxalq hava limanı istifadəyə verilmişdir, Zəngəzur dəhlizinin açılmasına hazırlıq görülür. Bütün bunlar Şərqlə Qərb arasında əlaqələndirici rol oynayan Azərbaycanın tranzit ölkə kimi potensialının daha da güclənməsini təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması, eləcə də yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin işə düşməsi, müvafiq layihələrin həyata keçirilməsi bölgənin logistika mərkəzinə çevrilməsi Azərbaycanla bərabər, qonşu dövlətlərin də iqtisadi inkişafına kömək göstərəcəkdir. Azərbaycanın Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətləri, nəticələri hər kəs qəbul etməlidir. Çünki, Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir dövlətin torpağını işğal etməyib, öz torpağında vuruşaraq, şəhid verərərk, qan tökərək, ədaləti bərpa edərək işğala son qoyumuşdur. Azərbaycan bütün dünyaya sübut edir ki, o sülhsevər dövlətdir, ləyaqətlə mübarizə aparır, qalib gəlməsinə baxmayaraq, yenə də Cənubi Qafqazda, regionda təhlükəsizlik və inkişaf naminə slüh danışılarına, sülh sazişinin imzalanmasına hazırdır. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcək. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Əsas reallıqlardan biri də budur ki, Azərbaycan bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəfdir. Bu gün beynəlxalq aləm də Azərbaycanın qələbəsini qəbul edir. Biz bundan sonra əbədi olaraq qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq. Müharibənin ilk günündən başlayaraq Azərbaycan ordusu ancaq hücum mövqeyində oldu. Elə bir gün olmadı ki, Şanlı Ordumuz yeni kənd, yeni qəsəbə, rayon azad etməsin. Parlaq zəfərlə başa çatan müharibədən sonra Azərbaycan dövləti qələbənin eyforiyasından əziyyət çəkmədi. Tez bir zamanda Qarabağda quruculuq, təmir-bərpa işlərinə start verildi. Yeni yollar çəkildi, körpülər salındı, Zəngilanda Ağalı kəndi tikilərək sakinlərin istifadəsinə verildi. Hazırda Qarabağda tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Bu qələbə naminə övladlarını itirən şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Dövlət öz əsgərin yanındadır. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışları, onun yaralı əsgərlərimizə, qazilərə göstərdiyi qayğı və diqqət bir daha göstərir ki, bu dövlət öz qazisini, şəhidinin əmanət qalmış ailəsini heç zaman unutmur. 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, daha yeni nailiyyətlər arzu edirəm! Aysel Dünyamalıyeva Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Örnək müəllimi" Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
