Azərbaycan regionda ən aşağı ezamiyyə tarifləri tətbiq edən ölkələrdəndir - Vüqar Bayramov29-11-2023, 11:18
Çap et Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən illərdə illik inflyasiya səviyyəsinə nəzərə alsaq bu xərclərin necə dəyişdiyini təsəvvür etmək çətin olmaz. Aydındır ki, 1 günlük hotel və qida xərclərini Bakıda 90 manata, rayonlarda 65 manata qarşılamaq qeyri-mümkündür. Oxşar mənzərə Gəncə, Sumqayıt və Naxçıvana da aiddir. "Xarici ezamiyyələr üçün müəyyənləşdirilmiş tariflər də kifayət qədər aşağıdır. O tariflər, praktik olaraq, xərclərin tam ödənilməsinə imkan vermir. Daxildə olduğu kimi xarici səfərlər zamanı müəyyənləşdirilən tariflər uzun müddətdir ki, dəyişdirilmir. Hətta son 2 ildəki yüksək inflyasiyanın qeydə alındığını nəzərə alsaq bu tariflərin real xərclərdən uzaq olduğunu müəyyənləşdirmək çətin olmaz. Bu kontekstdən, son illərdəki qiymət artımına nəzər saldıqda hazırkı ezamiyyə xərcləri kifayət qədər aşağı hesab olunur. Bu baxımdan, ezamiyyə ilə bağlı qaydaların yenilənməsinə və əlavələr edilməsinə ehtiyac var. Həm ölkədaxili, həm də xarici səfərlər üçün ezamiyyə xərclərinin artırılması məsələsi yenidən gündəmə gətirilməsi və yeni tariflərin müəyyənləşdirilməsi çox vacibdir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
