» » Güləşçimiz Hərbçilərin Dünya İdman Oyunlarında bürünc qazandı


Güləşçimiz Hərbçilərin Dünya İdman Oyunlarında bürünc qazandı

6-10-2015, 21:15
Çap et
Güləşçimiz Hərbçilərin Dünya İdman Oyunlarında bürünc qazandı Koreyanın Munqyeonq şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.
Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə 1:3 hesabı ilə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ukraynadan Vasil Şuptarla görüşü (5:0) qalib tamamlayan A.Mustafayev yarışların bürünc medalını qazanıb.
57 kq çəkidə yarışlarda iştirak edən Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi məğlub edərək (3:2) mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Ancaq hindistanlı Manqal Kadyanla görüşü də uduzan (4:11) Ruslan yarışları 5-ci sırada tamamlayıb.
Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaqlar.
Reytinq: