Azərbaycanın qeyri-neft ixracatı nə qədər artıb? - RƏQƏMLƏR22-01-2024, 11:03
Çap et Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, bu dövrdə bir sıra qeyri-neft məhsullarının ixracatında artım qeydə alınıb. "Belə ki, meyvə ixracı 22 faiz, təzə tərəvəz – 4,2 faiz, meyvə və tərəvəz şirələri – 38,7 faiz, meyvə və tərəvəz konservləri – 23 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 13,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 40,3 faiz, polipropilen – 73,6 faiz, polietilen – 32,6 faiz, sement klinkerləri – 17,6 faiz, pambıq ipliyi – 35,6 faiz, bentonit gili – 2,6 faiz artıb. Bütün bunlarla yanaş, bəzi ixrac məhsullarımızda azalma qeydə alınıb. Həmin dövrdə kartof ixracı 9 faiz, şəkər – 30,5 faiz, bitki yağları – 28,7 faiz, çay – 62,2 faiz, tütün – 63,4 faiz, pambıq lifi – 9,1 faiz, emal olunmamış alüminium – 19,6 faiz, mineral gübrələr – 9,6 faiz, qara metallardan çubuqlar – 18,6 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalıb. Göründüyü kimi, çay və tütün ixracatında daha kəskin azalma qeydə alınıb. Bu məhsulların ixracatında azalma 60 faizin üstündədir. Qeyri-neft ixracatının artırılması və ixracatın strukturunun şaxələndirilməsi iqtisadi prioritetlər sırasındadır. Bu baxımdan, iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın aradan qaldırılması 2024-cü ilin də əsas iqtisadi hədəflərindədir", - deyə V.Bayramov əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
