Azərbaycanda 5 milyard manatdan çox sənaye məhsulu istehsal edilib26-02-2024, 09:48
Çap et Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye məhsulunun 66,6 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 41,0 faiz, mebel istehsalı 40,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 35,0 faiz, tikinti materiallarının istehsalı 34,5 faiz, tütün məmulatlarının istehsalı 28,3 faiz, geyim istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 24,9 faiz, hazır metal məmulatlarının istehsalı 18,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 18,0 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, içkilərin istehsalı 6,3 faiz artıb, poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, neft məhsullarının istehsalı 9,6 faiz, sair sənaye məhsullarının istehsalı 13,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,5 faiz azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11,0 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
