Zaqatalada əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs tutulub28-02-2024, 13:09
Çap et Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Gəncə şəhər sakini Mövsüm İsgəndərov keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb. Onun üstündə daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib. M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
