Sabah faiz dəhlizinin parametrlərinə dair qərar açıqlanacaq27-03-2024, 12:41
Çap et Sabah faiz dəhlizinin parametrlərinə dair növbəti qərar açıqlanacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 28 mart 2024-cü il tarixində saat 11:00-da yayımlanacaq. Qeyd edək ki, Mərkəzi Bank yanvarın 31-də uçot dərəcəsini 7,75 faizədək endirib. Faiz dəhlizinin yuxarı həddi 9 faizdən 8,75 faizə, aşağı həddi 6,5 faizdən 6,25 faizə endirilib. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2 faiz) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilmişdir. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalmışdır. 2023-cü ildə 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formalaşmışdır. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilmişdir. İllik ərzaq inflyasiyası 0,8 faiz, qeyri-ərzaq inflyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz təşkil etmişdir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib", - deyə Mərkəzi Bankın məlumatında qeyd olunub. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|