Surə Ziyadqızı - Qəzəlsən29-04-2024, 16:08
Çap et ![]() Surə Ziyadqızı "Qızıl Qələm" ,"İlin Şairi" ,"Xan qızı Natəvan" və s. media mükafatları laureatı, şari-publisist, qəzəlxan Qəzəlsən Ey gözəlim, sən gözəllərdən də gözəlsən, Bu sevən qəlbimin sirr-pünhanı əzəlsən. İçmişəm eşqin od camın, ki aşiqinəm, Şəm ruhumu çənnəti-- rizvanə bələsən. Məcnun libaslıyam, həsrətə yoxdur tabım, Bağçama gəl,Günəşimsən , bir nur ələsən. Sevən aşiq ta aşiqinə sadiq olar, Eşqin tağında ənbər, bir qaş --göz eləsən. Gəl eşqimi tay tutma ol ləli--gövhərə, Şəkkər--nəbatım, pətəkdə şanım , beləsən. Gecə-- gündüz şəmtək eşqində ki, yanıram. Surə deyir, sən tar--kamanımda qəzəlsən. Divan evinə Çəkdi yenə eşqim məni can evinə, Yol gedəcək bir qaragöz xan evinə. Açdı eşqin qapısın, yar etdi özün, Bülbül oldu, bağçama, canan evinə, Həsrətdəyəm,, eşqimə fərman da yazır, Söyləyir,, gəl eşqimin yanan evinə. Odlara yandım,yenə aman dilədim, Yaralısan, gəl eşqin dərman evinə. Elə bildim ki, məni mehman edəcək, Surə, yar çəkdi məni divan evinə. Onda deyəcəyəm Ürəyin solmayan bir bahar olsun, Eşqin ocağında qəlbin var olsun, Sevgi bağçasında bir nübar olsun, Onda deyəcəyəm , sevirsən məni. Səni sevmək üçün gəldim deyərsən, Vüsalın noğulun mənlə yeyərsən, Bənövşə eşqimə boyun əyərsən, Onda deyəcəyəm , sevirsən məni. Çəməndə lalətək biçərsən məni, Şərabtək badədə içərsən məni, Qiyamət günündə seçərsən məni, Onda deyəcəyəm , sevirsən məni. O həsrətin dərisini soydursan, Eşqim ilə gözlərini ovdursan, Ovcuna məhəbbət közün qoydursan, Onda deyəcəyəm , sevirsən məni. Səni unutmaq Şam kimi yanırsan , bitməkdir məncə, Tufanda, boranda ölməkdir məncə, Qaranlıq gecədə itməkdir məncə , Səni unutnaq. Yağış buludların həsrət səsidir, Yerdə yarpaqların əzilməsidir, Susuz çiçəklərin bir naləsidir, Səni unutnaq. Ürək ağrisinin keçməsi deyil, Quşların uçuşub köçməsi deyil, Axan sərin suyun içməsi deyil , Səni unutmaq. Axan göz yaşları sevgi yasıdır, Qəmlərin ürəyə yığılmasıdır, Ürəyin sökülüb , dağılmasıdır, Səni unutmaq. İtib (Qəzəl) Bağ- bağçamdan sevdiyim bir növbaharım itib, Yaşıl libaslı ol çəmənzardan yarım itib. Görmürəm üzünü, barışmır, inciyib məndən, Ey bülbülü şeydam, eşqim, etibarım itib. Mənim varım-- dövlətim eşqimdədir, biləsən, Əğyarla işim olmaz, bir yadigarım itib. Həsrətin od çiləyir, dözürəm ayrılığa, Gözüm yoldadır, qayıda,ləçəkdə arım itib. Günəş də eşqindən aləmə nur ələyir ki, Aylı gecəm, bir cənnətməkan diyarım itib. Ki sevən qəlbimlə çəkirəm ürəklə dərdi, Surə haray çək, de ki, bir nəğməkarım itib. Olanda (Qəzəl) Gəl gör, yanıram, sən başqasına həmdəm olanda, Ki dərdimə dərmansan, eşqimə məlhəm olanda. Məcnuna bənzəyirəm, olmuşam eşqin əsiri, Ağlayıram, oynayır həsrət dərdi, cəm olanda. Sübhə kimi nə fəlakət olacaq, mən çəkərəm, Qorxum yox, yeyərəm dərya qədəri qəm olanda. Yay kimi çatdı qaşın, ki baxdı, tabım qalmadı, Dəryatək qaynadı gözüm, kənarı nəm olanda. Yağış damlası vermiş üzünə başqa təravət, Gül yarpağı açılır, hər sübhü-şəbnəm olanda. Nə edim, yamandır halı vurğun könlümün, Ay şahid olsun, oxu, eşq nəğməsi bəm olanda. Aşiqlər tək cənnətə getməz, odlarda yanacaq, Çün cəhənnəm gülzar olar, yarla bahəm olanda. Canana vüsalsız ürək sirrini demək olmaz, Surə ,sən "sevirəm" de, yar eşqində dəm olanda. Qar niyə yağır? Bənövşələr kol dibindən boylandı, Qönçəgülüm hər tərəfədə dayandı, Qaranquşlar eyvanlarda oyandı, Yaz niyə gecikir, qar niyə yağır? Mavi göylər nur qapısın açıbdır, Dərya atın Günəş minib qaçıbdır, Dan yerinə şəfəqini saçıbdır, Yaz niyə gecikir, qar niyə yağır? Hər şeydən nigaran ürək kimiyəm, Ləçəyi düyməli çiçək kimiyəm, Bir yaşıl libaslı mələk kimiyəm , Yaz niyə gecikir, qar niyə yağır? Qızılgüllər açılsaydı dərərdik, Bir-bir üzüb sevənlərə verərdik, Xəyaldakı o xoş günü görərdik, Yaz niyə gecikir, qar niyə yağır? Dağ suları sellənəndə xoş olar, Göz nə görsə ,qəlbə, ruha xoş olar, Sevməyənin ürəyi daş, boş olar, Yaz niyə gecikir, qar niyə yağır? Reyhanlıdır, gül ətri var sözümdə, Gülüşlərim nərgiz açıb üzümdə, Soruşsalar heç bilmirəm özümdə, Yaz niyə gecikir, qar niyə yağır? Tapşır gözlərinə Dağ çayıyam, tufanlarla axaram, Mən atəşəm, yandıraram, yaxaram, Gözlərində şimşək kimi çaxaram, Tapşır gözlərinə mənə baxmasın. Eşqimizə eşq çuxası biçirdin, Ürəyini ürəyimə tikirdin, Dəsmal verdin, durnalarla köçürdün, Tapşır gözlərinə mənə baxmasın. Deyirdin ki, gözlərində ayna mən, Dağ havası, sərin bulaq, göy çəmən, Nə tez oldun yerdə bulud, duman, çən, Tapşır gözlərinə mənə baxmasın. Sevən ürək yar eşqinə "bəs" deməz, Xalça kimi toxunmamış "kəs" deməz, Görüş yerlərinə külək "əs" deməz, Tapşır gözlərinə mənə baxmasın. Dağ--daşdan kəkliyin səsi gələndə, Kəpənəklər çiçəklərlə güləndə, Həsrət eşqi iki yerə böləndə, Tapşır gözlərinə mənə baxmasın. Sənin xəyalınla yaşayıram mən, Dağları oynadıb daşıyıram mən, Sənsizəm, sevgində üşüyürəm mən, Tapşır gözlərinə mənə baxmasın. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

