Heqiqet.Az » idman » Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb


Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb

28-06-2024, 17:42
Çap et
Bellinqem Sloveniya ilə oyunda Keyni söyüb İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun oyunu zamanı komanda yoldaşı Harri Keynə nalayiq sözlər deyib.
Bu barədə “Daily Mail” dodaq oxuma üzrə ekspert Ceremi Frimena istinadən xəbər verir.
Frimenanın sözlərinə görə, Bellinqem bunları söyləyib: “Hey, həqiqətən, #####, ötürmə ver! Topu saxlamaq üçün çox gecdir, #####, ötür!”
Çox güman ki, bu epizod Sloveniya ilə iyunun 25-də baş tutan oyunun birinci yarısının sonlarına yaxın olub. Oyun 0:0 hesabı ilə başa çatıb. Avro-2024-ün qrup mərhələsinin üç turundan sonra İngiltərə yığması beş xal toplayaraq C qrupunda birinci yeri tutaraq 1/8 finala yüksəlib.
Reytinq: