Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular3-07-2024, 11:24
Çap et Bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsinə 2:1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmaları barədə danışarkən deyib. İtaliyalı mütəxəssis Avstriya üzərindəki qələbənin tarixə nəticə olduğunu bildirib: "Çox yorğunuq. Bu matç bizim üçün vacib idi. Bəlkə də ilk oyunlarda komanda oyununu meydanda nümayiş etdirə bilmirdik. Lakin sonadək döyüşdük. Bu qələbə kollektivə əlavə ruh gətirdi. Niderlandla dörd gün sonra üz-üzə gələcəyik. Onlar güclüdür, lakin bizim də ürəklə mübarizə aparan komandamız var". Qeyd edək ki, Türkiyə millisi 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
