Heqiqet.Az » iqtisadiyyat » “Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb


“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

5-07-2024, 10:56
Çap et
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparka media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.
Media nümayəndələrinə aqropark haqqında ətraflı məlumat verilib. Bildirilib ki, aqroparkın ümumi əkinə yararlı 800 hektar sahəsində kartof, buğda və arpa əkilib. Aqroparkın Abşeron rayonunda yerləşən təsərrüfatında isə 7,5 hektar intensiv badam bağı salınıb.
2023-cü ildə aqroparkda 12000 ton kartof, 250 ton arpa və 750 ton buğda, cari ilin 6 ayında isə 645 ton buğda istehsal edilib. Bu il aqroparkın 340 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir. Əkin sahəsində orta məhsuldarlıq 40 - 41 ton kartof təşkil edir. “Qazax Aqropark”da gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kubmetr, Abşeronda isə tutumu 14 min 889 kubmetr olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.
Reytinq: