Nazir müavini: Ölkədə kibertəhlükələrin və kiberdələduzların sayı artır30-07-2024, 11:58
Çap et Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 3-cü dalğa “Məzun günü”ndə çıxışı zamanı deyib. “Artan kibertəhdidləri anlayaraq biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı və “Pasha Holding” şirkətlər qrupunun dəstəyi ilə 2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis etdik. Bu günədək 180 tələbə məzun olub. Onların 72 faizi artıq dövlət və özəl sahələrdə işlə təmin olunub. Həmçinin AKM-də 15 təlimçinin yetişdirilməsi üzrə işlər aparılır. Mərkəzin fəaliyyəti boyunca yeni yerli kibertəhlükəsizlik məhsulları yaradılıb. Bunlardan biri AKM-nin tələbələrinin də iştirak etdiyi yerli kibertəhlükəsizlik məhsulu olan “Cypho” artıq yerli və beynəlxalq bazara təqdim edilib, Azərbaycan startapı olaraq uğurla fəaliyyət göstərir. Həmçinin nazirlik Azərbaycanda dövlət qurumlarının əməkdaşları və digər özəl sektor nümayəndələri üçün kibertəhlükəsizlik üzrə təlimlər həyata keçirir”, - deyə nazir müavini əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
