Heqiqet.Az » iqtisadiyyat » "İnflyasiya birrəqəmli qalacaq" - Elman Rüstəmov


"İnflyasiya birrəqəmli qalacaq" - Elman Rüstəmov

13-10-2015, 20:13
Çap et
"İnflyasiya birrəqəmli qalacaq" - Elman Rüstəmov “Cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunub. 8 ayda orta illik inflyasiya 3,8% təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3% aşağıdır".
Bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, hesabat dövründə əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyərək 2,1% artıb.
"İlin sonuna ölkədə orta illik inflyasiyanın birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4% səviyyəsində) reallaşmasına dəstək verəcək", - deyə E. Rüstəmov bildirib.
Reytinq: