Alimlərdən xəbərdarlıq: 2 milyon dənizçini öldürən xəstəlik geri qayıdır25-10-2024, 10:08
Çap et “BMJ Case Reports” jurnalında dərc olunan bir araşdırma, 51 yaşlı avstraliyalı kişinin bu xəstəliyə tutulduğunu təsdiqləyir. Ayaqlarında ağrılı səpgi şikayəti ilə həkimə müraciət edən xəstədə müxtəlif analizlər edilsə də, ilkin mərhələdə nəticə verməyib. Daha sonra xəstənin pəhrizindəki qidalanma çatışmazlığı araşdırıldıqda, sinqa diaqnozu qoyulub. 51 yaşlı xəstə maddi çətinliklərə görə qida əlavələrini qəbul etməyi dayandırdığını və meyvə-tərəvəzdən çox az istifadə etdiyini bildirib. Həkimlərin təyin etdiyi C vitamini və digər qida əlavələri ilə xəstə sağlamlığına qovuşub. Lakin alimlər qeyd edirlər ki, sinqa hələ də ciddi nəzarət tələb edir. C vitamini dəri, sümüklər və birləşdirici toxumaların inkişafı üçün vacibdir. O limon, portağal, çiyələk və kələm kimi qidalarda mövcuddur və gündəlik 75-90 qram miqdarında qəbulu tövsiyə olunur. Əks halda, bir neçə ay ərzində sinqa xəstəliyi yarana və bəzi hallarda ölümcül ola bilər. Simptomlar arasında ağrılı səpgi, ayaqlarda şişlik və yorğunluq daxildir. ABŞ-da 2016-2020-ci illərdə uşaqlar arasında sinqa xəstəliyinin üç dəfə artması müşahidə olunub. Xüsusilə aşağı sosial-iqtisadi təbəqələrdə riskin yüksək olduğu vurğulanıb. Alimlər, həm səhiyyə işçilərinin, həm də cəmiyyətin C vitamininin əhəmiyyətini dərk etməsinin bu xəstəliyin yayılmasının qarşısını ala biləcəyini qeyd edirlər. Hazırda ciddi narahatlığa ehtiyac olmasa da, ekspertlər xəstəliyin yayılmasını nəzarətdə saxlamağı tövsiyə edirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
