Azərbaycan Düşənbədə keçirilən birinci beynəlxalq dağ-mədən və metallurgiya forumunda təmsil olunub30-10-2024, 09:44
Çap et Forumda Tacikistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya və digər ölkələrin sənaye nazirləri iştirak ediblər. Beş sessiyadan ibarət tədbirdə geologiyanın iqtisadiyyatın inkişafına verdiyi töhfə və Tacikistanda mineral ehtiyatların potensialı müzakirə olunub. Bildirilib ki, ölkədə 800 nadir faydalı qazıntı və qiymətli metal yatağı aşkar edilərək işlənməyə hazırlanıb. Forumda 30-dan çox məruzəçi və müzakirə iştirakçısı çıxış edib. Həmçinin beynəlxalq investorlar filizin inkişafı və emalı üçün qabaqcıl texnologiyalar və avadanlıqlar təqdim edib, mədənçıxarma üçün yeni həllər təqdim nümayiş etdirib. Forum çərçivəsində bir sıra beynəlxalq memorandum imzalanıb. Qeyd edək ki, forum Tacikistan tarixində dağ-mədən və metallurgiya sahəsində ilk aparıcı tədbirdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət SalmanoğluHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
