Nuriyyə Əhmədovanın ailəsinə yardım olunacaq - Nazirlikdən açıqlama15-10-2015, 13:27
Çap et Oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədovanın yas mərasiminin keçirilməsi üçün ailə üzvlərinin pul tapa bilməməsi xəbərinə Mədəniyyət və Turizm Nazirliyindən reaksiya gəlib.Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov ölkə.az-a açıqlamasında bildirib ki, məsələ nazir Əbülfəs Qarayevin nəzarətindədir: "Məsələ ilə bağlı cənab nazirin tarşırığına əsasən, "Azərbaycanfilm" kinostudiyası tərəfindən Nuriyyə xanımın ailəsinə maddi kömək göstəriləcək. Bir daha onun yaxınlarına, pərəstişkarlarına başsağlığı verir, Nuriyyə xanıma Allahdan rəhmət diləyirik". Qeyd edək ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov sosial şəbəkədə yazmışdı: "Çox acınacaqlı vəziyyət yaranıb. Xalq artistinin yasını etmək üçün rul yoxdur. Axı yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə axı bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tarılar". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədovanın yas mərasiminin keçirilməsi üçün ailə üzvlərinin pul tapa bilməməsi xəbərinə Mədəniyyət və Turizm Nazirliyindən reaksiya gəlib.