Heqiqet.Az » tehsil » Gülhanə Hərbi Tibb Akademiyasına qəbul başlanıb


Gülhanə Hərbi Tibb Akademiyasına qəbul başlanıb

14-05-2015, 19:32
Çap et
Gülhanə Hərbi Tibb Akademiyasına qəbul başlanıb
2015/2016- cı tədris ili üçün DİN-in Daxili Qoşunlarının xətti ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının tibb fakültəsinə müsabiqə elan edilib.
TQDK-ın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə bu il mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə biləcək.
Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün DİN-in Daxili Qoşunlarına göndəriləcək.
Türkiyənin ölkəmizdəki səfirliyində keçiriləcək imtahanda uğurlu nəticə göstərmiş 1 nəfər namizəd Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək. Təhsil müddəti 6 ildir. Təhsil müddəti tam dövlət təminatlıdır.
Təhsilini müvəffəqiyyətlə bitirmiş şəxslər ölkəmizdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcək.
Fakültədən xaric edilən kursantlar isə geri qaytarılır və müddətli həqiqi hərbi xidmətə çağırılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildiyi gündən sonra bir həftə müddətində TQDK-ya müraciət etməlidir.
Reytinq: