Heqiqet.Az » dunya » Paşinyan bir sıra yüksəkvəzifəli məmurları istefaya göndərir


Paşinyan bir sıra yüksəkvəzifəli məmurları istefaya göndərir

18-11-2024, 12:48
Çap et
Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra məmurlardan vəzifədən getməyi xahiş etdiyini təsdiqləyib.
Ermənistan mediasına istinadla xəbər verilir ki, Paşinyan bu açıqlamanı mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq verib. Bildirib ki, məmurlar onun müraciətini anlaşıqlı qarşılayıblar.
Bu gün səhər Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyanın və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryanın istefası barədə məlumat yayılıb.
Bazar günü axşam saatlarından etibarən Ermənistan mediasında yayılan məlumatlara görə, Ermənistanın daxili işlər naziri Vaqe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da istefa ərizəsi yazıb.
Reytinq: