Türkiyədə terrorçuluqda şübhəli bilinən 147 nəfər saxlanılıb5-12-2024, 13:30
Çap et İstanbul, Diyarbəkir və Antalya da daxil olmaqla Türkiyənin 30 vilayətində PKK terrorçuları ilə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb. Daxili işlər naziri Ali Yerlikaya qeyd edib ki, “Gürz-28” adlanan əməliyyat prokurorluq orqanları tərəfindən koordinasiya edilib. Onun sözlərinə görə, axtarışlar zamanı qanunsuz atıcı silahlar, narkotik maddələr və qadağan olunmuş ədəbiyyat aşkar edilib. Nazir daha əvvəl məlumat vermişdi ki, kod adı “Gürz” olan əməliyyatlar çərçivəsində ilin əvvəlindən ölkə ərazisində terrorçuların 709 sığınacaq və anbarı müəyyən olunaraq məhv edilib, sığınacaq tapa biləcəkləri onlarla mağaranın girişləri dağıdılıb. Əməliyyatlara jandarm qüvvələri cəlb edilir, hücumda PUA və helikopterlərdən istifadə olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
15:18
Milli Məclisin sədri Sahibə Qafarovanın Parlamentin 10 aprel 2026-cı il tarixli iclasında çıxışı11:15
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklərHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
